17:00 / 21-11-2024
16:32 / 21-11-2024
14:33 / 21-11-2024
14:20 / 21-11-2024
14:15 / 21-11-2024
13:54 / 21-11-2024
13:49 / 21-11-2024
13:31 / 21-11-2024
13:28 / 21-11-2024
13:25 / 21-11-2024
13:21 / 21-11-2024
11:50 / 21-11-2024
11:46 / 21-11-2024
10:31 / 21-11-2024
10:19 / 21-11-2024
10:00 / 21-11-2024
22:22 / 20-11-2024
21:43 / 20-11-2024
21:19 / 20-11-2024
20:45 / 20-11-2024
19:49 / 20-11-2024
18:41 / 20-11-2024
18:20 / 20-11-2024
17:39 / 20-11-2024
17:00 / 20-11-2024
“Azərbaycanın çoxmədəniyyətli millət kimi qeyd edilməsi şübhə doğurmamalıdır və Qarabağın xristian mədəni irsi hökumət tərəfindən qorunacaq”.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikasının Mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov “France 24” televiziya kanalına eksklüziv müsahibəsində deyib.
O bildirib ki, Azərbaycan multikulturalizmin mövcud olduğu və dinlərin çoxluq təşkil etdiyi ölkədir. Azərbaycanda bütün dinlərə hörmətlə yanaşılır. Bakıda erməni kilsəsi şəhərin mərkəzində yerləşir və hamıya açıqdır.
Türkiyə ilə bağlı aparıcının sualına cavab verərək qeyd edib ki, Azərbaycanın bölgədəki hərbi Qələbəsini dəstəkləyən Türkiyə dini yerlər və azlıqlarla bağlı məsələlərə müdaxilə etmir.
Sentyabrın 27-də başlayan, 44 gün davam edən ağır döyüşlərdə Azərbaycan ordusu Ermənistan qüvvələrini darmadağın edərək, Qarabağa daxil olub və Rusiyanın vasitəçiliyi ilə Ermənistan kapitulyasiya aktını imzalayıb.
Aparıcının Şuşa kilsəsi ilə bağlı sualına cavab verən A.Kərimov bildirib ki, Qarabağın əsas şəhəri olan Şuşada kilsəyə istənilmədən zərər dəyib, ancaq qərbli alimlərin Azərbaycanın kilsələri məhv etməsinə dair iddiaları düz deyil. Bunlar ölkəmizə qarşı ermənilərin apardığı təbliğatın nəticələridir.
Bakıda kilsə və sinaqoqların fəaliyyət göstərdiyi vurğulanaraq Qarabağdakı xristian dini abidələrinin əcdadlarımızdan miras qaldığı vurğulanıb. Diqqətə çatdırılıb ki, Azərbaycan əcdadlarımızdan miras qalan xristian mədəni və dini irsini qoruyub və qoruyacaq.
Bildirilib ki, Ermənistan bölgədə bir çox müsəlman dini abidələrini dağıdıb. Təhlükəsizlik və hava şəraiti imkan verən kimi UNESCO-nun bölgəyə səfəri təmin olunacaq.
Ermənistanın Gəncənin yaşayış mərkəzini ballistik raketlə hədəfə aldığı, ortodoks kilsəsini dağıtdığı qeyd edilib.
A.Kərimov Fransa Senatının ötən həftə qəbul etdiyi Qarabağın müstəqilliyini tanımağı təklif edən qətnamənin sadəcə “kağız parçası” olduğunu söyləyib. Hökumət bu qətnamənin Fransanın rəsmi mövqeyini əks etdirmədiyini bəyan edib.
Sonda A.Kərimov Fransanı tərəfkeşliyə son qoymağa və illərdir Qarabağ münaqişəsində vasitəçilik etməyə çalışan Minsk qrupunun həmsədri olaraq etibarlı vasitəçi kimi qalmağa çağırıb.
Bölməyə aid digər xəbərlər