Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Şahdağda qarın hündürlüyü 38 santimetrə çatıb - FAKTİKİ HAVA

Baxış: 372

Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinən verilən məlumata görə, bəzi yerlərdə şimşək çaxıb, arabir yağıntılı olub, Qrız, Xınalıq, Daşkəsən, Gədəbəy, Şahdağ, Sarıbaş (Qax), Ləzədə qar yağıb, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənib. Səhər saatlarında Bakı şəhərinin bəzi ərazilərdə qısamüddətli yağış yağıb.
Yağıntı : Kürmükçay İlisuda (Qax) 3 mm, Əyriçay Başdaşağılda (Oğuz) 23 mm, Şinçay (Şəki), Ləzədə (Qusar) 15 mm, Şahdağda 14 mm, Zaqatalada 13 mm, Xınalıqda 10 mm, Kişçayda (Şəki) 9 mm, Balakən, Oğuz, Şəkidə 8 mm, Sarıbaşda (Qax) 7 mm, Ağdərə (Ordubad), Şahbuzda 5 mm, Tovuzda 4 mm, Sədərək, Daşkəsəndə 3 mm, Qrız, Qəbələdə 2 mm, Naxçıvan, Şərur, Göygöl, Gəncə, Şəmkir, İsmayıllı, Mingəçevir, Şirvan, Qobustan, Quba, Qusar, Xaltan, Acınohur, Bərdə, Göyçay, Salyan, Lerik, Maştağada 1 mm-dək olub.
Qar örtüyünün hündürlüyü Şahdağda 38 sm, Qrızda 8 sm olub.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.