Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

“Naxçıvanbank”ın xalis mənfəəti azalıb

Baxış: 449
“Naxçıvanbank” ASC 2021-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb.
Sahibkartv.az xəbər verir ki, “Naxçıvanbank” 2021-ci ili 6 milyon 301 min manat xalis mənfəət ilə başa vurub. Bank 2020-ci ili 7 milyon 323 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, “Naxçıvanbank”ın xalis mənfəəti 2020-ci illə müqayisədə 2021-ci ildə 14% və ya 1 milyon 22 min manat azalıb.Xalis mənfəətin azalması xərclərin və ehtiyata ayırmanın artması ilə əlaqədardır.
GƏLİRLƏRİ DƏ, XƏRCLƏRİ DƏ ARTIB
2021-ci ildə “Naxçıvanbank”ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 18 milyon 406 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 6 milyon 924 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 11 milyon 482 min manat təşkil edib. Bank aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 3 milyon 439 min manat ayırdığından və 1 milyon 742 min manat mənfəət vergisi ödədiyindən ili 6 milyon 301 min manat xalis mənfəət ilə bağlayıb.
2020-ci ildə “Naxçıvanbank”ın cəmi əməliyyat gəlirləri 16 milyon 926 min manat, cəmi əməliyyat xərcləri 5 milyon 371 min manat, əməliyyat mənfəəti 11 milyon 555 min manat təşkil etmişdi. Bank aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 2 milyon 306 min manat ayırdığından və 1 milyon 926  min manat mənfəət vergisi ödədiyindən ili 7 milyon 323 min manat xalis mənfəət ilə başa vurmuşdu







Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.