
Məlhəm Beynəlxalq Hospitalın direktoru Sevda Əlizadə İstanbul Ticarət Universitetinin rektoru, professor Dr. Necip Şimşəklə görüşüb.
Görüş zamanı Azərbaycan- Türkiyə qardaşlıq münasibətləri, səhiyyə və təhsil sahələrində əməkdaşlığın inkişaf etdirilməsi, eləcə də qarşılıqlı işgüzar əlaqələrin genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. Səmimi və məhsuldar şəraitdə keçən görüşdə tərəflər səhiyyə və akademik mühit arasında əməkdaşlığın yeni imkanlarını müzakirə ediblər.
Görüşün sonunda İstanbul Ticarət Universitetinin rektoru Prof. Dr. Necip Şimşək tərəfindən Sevda Əlizadəyə təltif sertifikatı təqdim olunub.


















































