Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycanda bu şəxslərin gəlirindən vergi tutulacaq

Baxış: 81

Azərbaycanda daha bir sahədən əldə olunan gəlirlər vergiyə cəlb edilir.
Sahibkartv.az xəbər verir ki, bu, Vergi Məcəlləsinə təklif edilən dəyişiklik layihəsində əksini tapıb.
Layihəyə əsasən, özəl məhkəmə eksperti gəlirləri vergiyə cəlb ediləcək. Məhkəmə ekspertizasının sifariş edilməsi barədə müqaviləyə əsasən alınan haqlar (xərclər nəzərə alınmadan) vergitutma obyekti hesab ediləcək. Həmin gəlirdən 10 faiz dərəcə ilə vergi tutulacaq.
Xatırladaq ki, dəyişiklik layihəsi Milli Məclisin Əmək və sosial siyasət komitəsinin oktyabrın 7-də keçirilən iclasında müzakirəyə çıxarılıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.