Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Kəndlərdə məşğulluq və gəlirləri artıracaq YENİ QANUN

Baxış: 108

Layihədə kənd yerlərinin inkişafına da xüsusi yer ayrılıb. Aqroparklar, aqroklasterlər, logistika infrastrukturu və aqroturizm vahid yanaşma ilə tənzimlənir. Fermer mağazasından elektron platformaya qədər satış yerlərinin növləri müəyyən olunur, kooperativlərə öz satış yerlərini təşkil etmək hüququ verilir. Bu, istehsalçının bazara birbaşa çıxışını xeyli asanlaşdıracaq.
Sahibkartv.az xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov “Aqrar sahə haqqında” qanun layihəsinə dair Milli Məclisdə keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.
O bildirib ki, qanun qəbul edildikdən sonra "Taxıl haqqında", "Çayçılıq haqqında", "Pambıqçılıq haqqında" və "Kənd təsərrüfatı kooperasiyası haqqında" qanunlar ləğv olunur: "Onların aktual müddəaları yeni qanuna daxil edilir. Digər sahəvi qanunlar qüvvədə qalır və baza qanunla əlaqələndirilir. Qanunun icrası üçün subsidiyalaşdırma və reytinq qaydaları, aqrotexniki tələblər kimi tətbiqi aktlar hazırlanacaq. Bu model Türkiyə, Rusiya və Qazaxıstanda tətbiq olunur. Avropa İttifaqının Ümumi Kənd Təsərrüfatı Siyasəti də dəstəyin hədəflənməsi və istehsalçıların vahid qeydiyyatı prinsiplərinə əsaslanır".
"Hesab edirik ki, layihənin qəbulu dövlət dəstəyini daha ünvanlı və şəffaf edəcək, resurslardan səmərəli istifadəni təmin edəcək. Kənd yerlərində məşğulluq və gəlirlərin artımına xidmət edəcək, nəticədə ərzaq təhlükəsizliyimiz möhkəmlənəcək", - deyə nazir əlavə edib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.