
"İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi dayanıqlı sülhün mühüm şərtidir”.
Bunu Azərbaycanda keçirilən İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfransda DTX rəisi general-polkovnik Əli Nağıyev deyib.
O bildirib ki, məqsəd dövlətlərin, beynəlxalq təşkilatların təcrübələrini bir araya gətirməkdir: “1988-ci ildən Ermənistanın işğal siyasəti xalqımız üçün ağır nəticələr doğurub. Müharibə başa çatsa da, itkin ailələr üçün gözlənti davam edir”.







































