Yeni qanun layihəsinin məqsədi aqrar qanunvericiliyimizdə uzun illərdir hiss olunan boşluğu aradan qaldırmaqdır.
Sahibkartv.az xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov “Aqrar sahə haqqında” qanun layihəsinə dair Milli Məclisdə keçiriləcək ictimai dinləmədə çıxışı zamanı deyib.
O bildirib ki, indiyədək bu sahə taxıl, çay, pambıq kimi ayrı-ayrı məhsullar üzrə qəbul edilmiş qanunlarla tənzimlənib:
"Həmin qanunlar öz dövründə müəyyən rol oynasa da, sahəni bütövlükdə əhatə edən baza qanun bu günədək yoxdur. Yəni sahənin subyektlərini, dövlətin vəzifələrini və dəstək alətlərini müəyyən edən vahid akt qəbul olunmayıb.
Bunun nəticələri praktikada aydın görünür. "Fermer", "aqrar məhsul istehsalçısı", "ilkin emal" kimi əsas anlayışların vahid tərifi olmadığından dövlət dəstəyinin və vergi güzəştlərinin tətbiqində mübahisələr yaranır. Subsidiya mexanizmləri əsasən müəyyən hüquqi qüvvəli aktlarla tənzimlənir, istehsalçılar arasında səmərəliliyə görə fərq qoyulmur".
"Layihə bu problemlərin sistemli həllinə yönəlib. İlk növbədə 47 əsas anlayış qanun səviyyəsində vahid sistem şəklində təsbit olunur. İlkin emalla sənaye emalı arasındakı sərhəd konkret texnoloji əməliyyatlarla müəyyən edilir. Bununla dəstəyin hansı fəaliyyətə şamil olunduğu sualına dəqiq cavab verilir", - deyə nazir qeyd edib.