İlqar Məhərrəmovun fəaliyyəti Goranboy sahibkarlarını etiraz aksiyasına sürükləyir – “Heç kimi saymır…”
Tarix: 3-09-2021, 13:46 / Baxış: 501
Goranboy rayonuna yeni təyin olunan Suvarma Sistemləri İdarəsinin rəisi İlqar Məhərrəmovdan sahibkarların kütləvi narazılığı baş qaldırıb. Bu barədə Azinforum.az-açıqlama verən Sahibkarlar Konfederasiyasının həmin rayon üzrə rəhbəri Rüstəm Nağıyevin sözlərinə görə, İlqar Məhərrəmovun özündən razılığı o həddə çatıb ki, hətta İcra Hakimiyyəti səviyəsində bildirilən irad və təklifləri də nəzərə almır.
Rüstəm Nağıyev: “ Ağzını açan kimi deyir ki, mən yalnız Bakıdakı Komitə rəhbərimin göstərişlərini eşidirəm. Mənim özüm də həmin rayonda sahibkarlıq fəaliyyətilə məşğulam. Şəxsən mənim özümə məxsus olan artezanın fəaliyyəti İlqar Məhərrəmov tərəfindən heç bir əsas göstərilmədən dayandıtılıb. Artıq belə söhbətlər gəzir ki, hansı sahibkar yerini suvarmaq istəyirsə İlqar Məhərrəmovun işçilərinin müəyyənləşdirdiyi qaydalara əməl etməlidir. Bir sözlə, bu adam yerli sahibkarlarla dövlət arasında narazılıq yaradır. Bundan əvvəl də onun vəzifəsini icra edən adam vardı. Normal şəkildə rayon əhalisi ilə yol gedirdi. Artıq rayonda vəziyyət o həddə çatıb ki, sahibkarlar İlqar Məhərrəmovun prinsipi səbəbindən əkdikləri məhsulların məhvini gözləyirlər. Sanki bu adam sahibkarlara qənim kəsilib. Hər bir artezanın sökülüb – yığılması adı ilə 50 manat pul alırlar. Biz sahibkar kimi rayon rəhbərliyindən, şəxsən icra başçısı Məhərrəm Quliyevdən çox razıyıq. Belə davam edərsə, Goranboy rayonundakı sahibkarlar İlqar Məhhərəmovun qanunsuz əməllərilə bağlı etiraz aksiyası keçirməyi düşünür. Biz maraqlanmışıq, İlqar Məhərrəmovun bundan əvvəlki çalışdığı rayonda da ondan kifayət qədər narazılıq olub. Belə bir kadrın Goranboy kimi böyük rayona göndərilməsini heç də doğru addım saymıram”. Səslənən fikirlərlə bağlı İlqar Məhərrəmovun da mövqeyini dinləməyə hazırıq.
Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı
“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır. (Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D). VÖEN: 6100325452