Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Market alışverişini asanlaşdıran 6-5-4-3-2-1 üsulu

Baxış: 27
Market alışverişini asanlaşdıran 6-5-4-3-2-1 üsulu


Marketə siyahısız gedən və evinə ehtiyacından artıq məhsulla qayıdanlar üçün sosial şəbəkələrdə populyarlaşan 6-5-4-3-2-1 üsulu diqqət çəkir.

Plansız xərclərin və qida israfının qarşısını almağı hədəfləyən bu qayda səbətə müəyyən sayda məhsul qoymağı təklif edir.

6-5-4-3-2-1 qaydası necə tətbiq olunur?

Üsulun əsasında hər alış-verişdə fərqli qida qruplarından müəyyən miqdarda məhsul seçmək dayanır:

6 tərəvəz (təzə, dondurulmuş və ya konservləşdirilmiş)

5 meyvə

4 zülal mənbəyi (yumurta, qatıq, paxlalılar, toyuq və ya balıq)

3 nişastalı məhsul (düyü, makaron və çörək)

2 sous və ya çəkilə bilən məhsul

1 zövq üçün qəlyanaltı

Üsulun üstünlükləri:

Plansız xərclərin qarşısını alır: Anlıq istəklər və endirimlərin təsiri ilə lazımsız məhsul alımını azaldır.

İsrafı azaldır: Həftə boyu fərqli yeməklərdə istifadə oluna biləcək məhsullar seçməyə kömək edir, beləliklə soyuducuda xarab olub zibilə gedən qidaların miqdarı azalır.

Tək yaşayan bir insanla böyük ailənin ehtiyacları fərqli olduğu üçün bu rəqəmlər ailə üzvlərinin sayına və büdcəyə uyğun olaraq dəyişdirilə bilər.//Milli.Az

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.