Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

ÜST Şamaxıda TƏBİB-ə 3 mobil klinika təhvil verdi - FOTO

Baxış: 452

“PROACT-Care” layihəsi çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Şamaxının Dəmirçi kəndində TƏBİB-ə 3 mobil klinika və yüksək keçid qabiliyyətinə malik 2 avtomobil təhvil verib.
Sahibkartv.az xəbər verir ki, açılış mərasimində ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı, TƏBİB sədri Ramin Bayramlı, Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp, ABŞ-ın Azərbaycandakı səfiri Erl Litzenberger iştirak ediblər.
Belə ki, mobil klinika sayəsində rayonda qeyri-infeksion xəstəliklərin gecikdirilmədən diaqnostikası və müayinəsi, həmçinin infeksion xəstəliklərin profilaktikası və müayinəsi mümkün olacaq.
Mobil klinikadan eyni zamanda Şamaxıda COVID-19-a qarşı mübarizə prosesində də istifadə olunacağı diqqətə çatdırılıb. Layihə USAID, UKAID və UHC-nin maliyyə dəstəyi ilə həyata keçirilib.
“PROACT-Care” layihəsinin icrasında ÜST-ün Azərbaycanda ofisinə TƏBİB, Şamaxı rayonu İcra Hakimiyyəti, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta Agentliyi, Heydər Əliyev Fondu və UNICEF dəstək verib.
Yaxın gələcəkdə layihənin ölkənin digər rayonlarına da genişləndirilməsi planlaşdırılıb.



Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.