Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Hacıqabulda yük avtomobili “Qazel”ə çırpılıb, xəsarət alanlar var

Baxış: 267

Hacıqabul rayonunda xəsarətlə nəticələnən yol qəzası olub
Hadisə Bakı-Qazax yolunun rayonun Padar-Çöl kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Ağsu sakini, 50 yaşlı sürücü Həsənov Əmrah Polad oğlu “Qazel” markalı avtomobillə Bakı istiqamətində hərəkətdə olarkən arxadan gələn iritutumlu yük maşını (TIR) onun idarə etdiyi nəqliyyat vasitəsinə çırpılıb. Nəticədə “Qazel” yoldan çıxaraq aşıb. Qəza zamanı sürücü və onun sərnişini, 65 yaşlı Şamaxı sakini Rəfiyev Vəkalət Ənvər oğlu müxtəlif xəsarətlər alıblar.
Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.