Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Bu rayonda insanlar ehsan verilmədiyi üçün yasa getmədi, narazılıq yarandı - VİDEO

Baxış: 165
Bu rayonda insanlar ehsan verilmədiyi üçün yasa getmədi, narazılıq yarandı - VİDEO


Xəbər verdiyimiz kimi, artıq bir müddətdir Azərbaycanın müxtəlif regionlarında ehsan verilməsi dayandırılıb.

Bir çox ərazilərdə kənd ağasaqqalları və s. toplaşaraq belə bir razılığa gəlib. Qeyd edilir ki, əgər bu qaydaya əməl etməyən olarsa, molla da həmin yas yerinə getməyəcək.

Bu dəyişiklik insanlar tərəfindən müsbət qarşılansa da, Samuxda əks-reaksiya doğurub.

Sosial şəbəkələrdə yayılan görüntülərdə Samuxda ehsan verilmədiyi üçün insanların yas yerinə getmədiyi bildirilib.

“Bildiyiniz kimi, Samux rayonunda çox yerdə ehsan verilməsi dayandırılıb. Ölüləri ehsana görə axtarmayaq, gəlib iştirak etmək lazımdır. 3 mərasimidir, amma ətrafımda dostlarımdır, mağarda başqa heç kim yoxdur. Ölüyə hörməti biz ehsana görə yox, ev yiyəsinə görə, ölənə görə qoymalıyıq. Şər işində bizlər iştirak etməliyik. Baxıram ki, həqiqətən də insanlar yas yerlərinə ehsana -  ətə görə gəlirmiş. Mağara ətə görə gəlmək lazım deyil. Biz də öləcəyik, bizi də ziyarət etsinlər. Samux rayonunda artıq ehsan yığışdırılıb”,- deyə yayılan videoda bildirilir. 


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.