Kənd Təsərrüfatı naziri İnam Kərimov fermerlərə müraciət edib.
Sahibkartv.az saytının nazirliyə istinadən verdiyi məlumata görə, müraciətdə deyilir:
“Əziz fermerlər!
Sizi 1 noyabr - kənd təsərrüfatı işçilərinin peşə bayramı münasibətilə təbrik edir, fəaliyyətinizdə uğurlar diləyirəm.
Bu il kənd təsərrüfatı işçilərinin peşə bayramı tarixi günlərə təsadüf edir. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuz 30 ilə yaxındır ki, işğal altında olan torpaqlarımızı azad etmək üçün uğurlu əks-həmlə əməliyyatı həyata keçirir. Bu əməliyyatlar nəticəsində artıq 4 rayon, 3 qəsəbə, 186 kənd və bir sıra strateji yüksəkliklər düşmən işğalından azad edilib. Cəbhədə əldə etdiyimiz qələbələr bütün vətəndaşlarımızı ruhlandırır, cəmiyyəti bir yumruq kimi birləşdirir.
Çox təəssüflər olsun ki, döyüş meydanında məğlub olan mənfur düşmən mülki vətəndaşlarımızı hədəfə götürür. Erməni hərbi birləşmələrinin atəş xəttindən uzaqda yerləşən evləri, mülki infrastrukturu və sadə insanları atəşə tutması nəticəsində 11-i uşaq olmaqla 91 soydaşımız həlak olub, 404 soydaşımız yaralanıb, 2465 yaşayış evi və 455 mülki obyekt yararsız vəziyyətə düşüb. Mülki əhaliyə xain hücumlar nəticəsində həlak olan və yaralanan soydaşlarımız arasında həmçinin fermerlərimiz var.
Ermənistanın hərbi təcavüzü əkin sahələrimizə, iş yerləri yaradan və kəndlərin inkişafını təmin edən ərzaq istehsalına da mənfi təsir göstərib. Bu təcavüz unikal və təmizqanlı məşhur Qarabağ damazlıq atları üçün ciddi təhdidlərə səbəb olub, təmas xəttində yerləşən kəndlərdə xeyli sayda iri və xırdabuynuzlu heyvan tələf edilib, yem ehtiyatları yandırılıb, on minlərlə hektar əkin sahələrində yığım məhdudlaşıb, kənd təsərrüfatı texnikası məhv edilib. Ümumilikdə davam edən hərbi təcavüz yüz mindən çox fermerin həyatına təsir edib.
Torpaqlarımızın işğaldan azad edilməsi biz fermerlərin üzərinə böyük məsuliyyət qoyur. Prezident İ.Əliyevin qeyd etdiyi kimi, biz işğaldan azad edilən torpaqları həyata qaytarmalıyıq. Bu məqsədlə azad edilmiş torpaqlarımızda kənd təsərrüfatının gələcək inkişafının planlaşdırılmasına başlanılıb. Torpaqlarımızın azad edilməsi kənd təsərrüfatının inkişafına müsbət təsir göstərəcək. Ölkənin əkin dövriyyəsi artacaq, strateji əhəmiyyətli su anbarlarının yerləşdiyi ərazilərin işğaldan azad edilməsi nəticəsində yüz min hektarlarla sahənin suvarılması təmin ediləcək. Azad edilmiş torpaqlarda üzümçülük, taxılçılıq, pambıqçılıq və heyvandarlığın inkişafı üçün çox böyük potensial var. Bu potensialdan düzgün istifadə etməklə, eyni zamanda aqrar emal sənayesini genişləndirməklə kənd təsərrüfatının davamlı inkişafı təmin olunacaq. Aqrar sahədə çalışan hər bir kəs öz üzərinə düşən məsuliyyəti anlayır və müharibə dövründə ikiqat əzmlə çalışır. Əminik ki, Ordumuzun cəbhədə əldə etdiyi qələbələri fermerlərimiz əmək cəbhəsində davam etdirəcəklər”.
Əziz fermerlər!
Sizin adınızdan fermerlərimizə daim qayğı göstərən, aqrar sahənin inkişafına davamlı dəstək verən İ.Əliyevə bu diqqətinə görə təşəkkürümüzü bildirir, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda əməliyyatları davam etdirən rəşadətli Ordumuza uğurlar diləyirik.
Bildiririk ki, işğaldan azad olunmuş torpaqlarda dağıdılaraq məhv edilmiş aqrar fəaliyyətin yenidən bərpası və inkişafına Kənd Təsərrüfatı Nazirliyinin bütün kollektivi və fermerlər əzmlə hazırdır.
Qələbə bizim olacaq!
Qarabağ Azərbaycandır!”
Almaniyada Fərdi Sahibkarlar Üçün Vergi Yüngülləşdirmələri Tətbiq Ediləcək
22:11 / 21-02-2025
ABŞ-da Rəqəmsal Əmlak Sənədləri Blockchain Üzərindən Qeydiyyata Alınacaq
21:42 / 21-02-2025
BƏƏ-də Dikey Fermerlik Genişlənir
21:33 / 21-02-2025
İtaliyada Zeytun Yağı İstehsalında Yeni Fermentasiya Metodu Tətbiq Edilir
21:23 / 21-02-2025
Norveçdə Balıqçılıq Sənayesi Süni Zəka ilə Təkmilləşdirilir
20:32 / 21-02-2025
Fransa Daşınmaz Əmlak Sektorunda Yaşıl Binalara Daha Çox İnvestisiya Yatırır
20:18 / 21-02-2025
Avstraliyada Fermerlər Dronlarla Məhsul Mühafizəsini Təkmilləşdirir
19:49 / 21-02-2025
Hollandiya Dünyanın İlk Tam Avtomatlaşdırılmış Süd Fermasını Açıb
19:31 / 21-02-2025
Kanadada Süni Ət İstehsalı Üçün Yeni Biotexnologiya Fabriki Açılır
19:19 / 21-02-2025
Çində Yeni Tipli Ekoloji Marketlər Açılmağa Başlayır
18:51 / 21-02-2025
İspaniyada Dəniz Suyu ilə Suvarma Texnologiyası İstifadəyə Verilib
18:30 / 21-02-2025
İsveçdə Təsərrüfat Sahələri Üçün Smart İqlim İdarəetmə Sistemləri Yaradılır
18:21 / 21-02-2025
Yaponiyada Pilotsuz Kombaynlar Kənd Təsərrüfatında İnqilab Yaradır
17:39 / 21-02-2025
Argentinada Fındıq İstehsalı Üçün Yeni Genetik Növlər Sınaqdan Keçirilir
17:30 / 21-02-2025
Hindistanda Ekoloji Təmiz Süd Məhsullarına Maraq Artır
17:13 / 21-02-2025
Meksikada Kaktusdan Dəri Hazırlayan Startap Beynəlxalq Bazara Çıxır
16:44 / 21-02-2025
Rusiyada Aqrotexnologiya Sahəsində Yeni Sərmayələr Yatırılır
16:15 / 21-02-2025
Rubio: Tramp dövründə İran nüvə silahına malik olmayacaq
16:00 / 21-02-2025
Almaniya Bioloji Gübrələrə Keçid Edir
15:46 / 21-02-2025
Hava bu tarixdə düzələcək - RƏSMİ
15:30 / 21-02-2025
Cənubi Koreyada Gələcəyin Smart Fermer Təsərrüfatları Tikilir
15:00 / 21-02-2025
Putinin aqressiv davranışlarının səbəbkarı Tramp deyil - ŞƏRH
14:22 / 21-02-2025
Evdən çıxmasanız, yaxşıdır! - Hava daha da pisləşəcək
13:48 / 21-02-2025
Azərbaycanda yeni qurum yaradıldı
13:43 / 21-02-2025
Bu gün avtobuslar saat 21:30-dək işləyəcək
13:09 / 21-02-2025
Lerikdə İrandan gətirilən 10 kq narkotik aşkarlandı
12:48 / 21-02-2025
AYNA: Avtobusların hərəkətində gecikmələr var
12:33 / 21-02-2025
Pezeşkiandan Trampa Azərbaycanca mesaj: “Tülkü kölgəsində yatma...”
12:21 / 21-02-2025
Yol polisi hava şəraiti ilə bağlı piyadalara müraciət edib
12:04 / 21-02-2025
Azərbaycan Prezidenti Hulusi Akarı qəbul edib
11:59 / 21-02-2025
Hazırda respublikanın avtomobil yollarında vəziyyət necədir?
10:42 / 21-02-2025
İnam Kərimov: "Qarabağda aqrar inkişafın planlaşdırılmasına başlanılıb"
Bölməyə aid digər xəbərlər

Tarix: 23-12-2020, 17:21 Oxunub: 180
Bölməyə aid digər xəbərlər
24-12-2020, 09:15
İlham Əliyev – güclü dövlətin qalib Prezidenti
24-12-2020, 09:10
İlham Əliyev – güclü dövlətin qalib Prezidenti
23-12-2020, 16:55
Erməni təhlükəsinə qarşı Rusiya bitərəfliyi
21-12-2020, 19:11
“Kənddən şəhərə” Qış Yarmarkası fəaliyyətə başlayıb
12-12-2020, 10:17
"Kəlbəcərin azad olunduğu gün qurban kəsib payladıq…" - Keçmiş baş nazir
7-12-2020, 07:06
Ədalət Vəliyev partiya rəhbərləri ilə görüş kecirdi
10-11-2020, 03:39
Ermənistan Azərbaycan Prezidentinin şərtlərini qəbul etdi və təslim oldu
8-11-2020, 20:25
İlham Əliyevin xalqa tarixi müraciəti - TAM VERSİYA
20-10-2020, 16:36
Prezident İlham Əliyevin xalqa müraciətinin TAM MƏTNİ
2-10-2020, 07:56
BDU-nun rektoru Prezidentə məktub yazdı
28-07-2020, 15:48
Allahşükür Paşazadə Azərbaycan xalqını təbrik etdi
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 17:56
Samir Qurbanov: “İşğal altındakı ərazilərdə qanunsuz fəaliyyətə beynəlxalq səviyyədə reaksiya verilməlidir”
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 21:03
Prezident İlham Əliyev: “Mən demişəm, onlar ermənilərdən də pisdirlər”
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
15-07-2020, 11:07
Tovuz istiqamətində törədilən son təxribatlarla bağlı siyasi partiyaların milli həmrəyliyə dair BƏYANATI
13-07-2020, 13:22
İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib - YENİLƏNİB + FOTO/VİDEO