Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Naxçıvanda güzəştli kreditlərin məbləği 3 dəfəyə yaxın artıb

Baxış: 501


Bu ilin I rübündə İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu Naxçıvan Muxtar Respublikasında sahibkarlığın inkişafına dəstək olaraq kənd təsərrüfatı yönümlü 8 layihəni maliyyələşdirib.
Naxçıvanın İqtisadiyyat Nazirliyindən "Sahibkartv.az"ın yerli bürosuna verilən məlumata görə, layihələrin maliyyələşdirilməsinə 189 min manat vəsait sərf olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfə çoxdur.
Bu ilin 3 ayında qaytarılan kreditlərin məbləği 1,7 milyon manat olub ki, bu 2023-cü ilin eyni dövrü ilə müqayisədə 52 % çoxdur.
Bu ilin I rübündə 290,2 min manat vaxtı keçmiş kredit vəsaitinin ödənilməsi təmin edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə çoxdur.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.