Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Hikmət Hacıyev: Azərbaycan Qarabağın 30 il əvvəlki kimi çiçəklənən dinc regiona çevrilməsini istəyir

Baxış: 336

Azərbaycan Qarabağın 30 il əvvəlki kimi çiçəklənən, firavan və hər şeydən öncə dinc regiona çevrilməsini istəyir.

“Sahibkartv.az” xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev AFP-yə deyib.
Erməniəsilli sakinlərin bölgəni tərk etməsi ilə bağlı sualı cavablandıran Prezidentin köməkçisi “etnik təmizləmə” ifadəsini qəbuledilməz olduğunu vurğulayaraq köçün sərbəst şəkildə baş verdiyini diqqətə çatdırıb.
“Bilirik ki, ermənilər və beynəlxalq KİV bütün əsgərləri həbs etmək niyyətimizin olduğunu deyir. Əgər silahları təhvil versələr, azaddırlar və Ermənistan Respublikasına getmək imkanları var”, - Hikmət Hacıyev əlavə edib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.