2024-cü il yanvarın 1-də "Artsax Respublikası" (Qarabağdakı qondarma rejim) mövcudluğunu dayandıracaq.
Sahibkartv.az xəbər verir ki, bu barədə erməni sosial şəbəkələrində verilən məlumata görə, qondarma dövlətin "prezidenti" Samvel Şahramanyan "fərman" imzlayıb.
Rusiya sülhməramlı komandanlığının vasitəçiliyi ilə əldə edilmiş razılaşmanı nəzərə alaraq "fərman"qərara alınıb.
"1. 2024-cü il yanvarın 1-dək idarə tabeliyində olan bütün "dövlət qurumları və təşkilatları" ləğv edilsin və "Dağlıq Qarabağ (Artsax) Respublikası" öz fəaliyyətini dayandırsın.
2. Qarabağın əhalisi, o cümlədən respublikadan kənarda yerləşənlər bu "Fərman" qüvvəyə mindikdən sonra müstəqil və fərdi qərar qəbul etmək məqsədi ilə Azərbaycan Respublikasının təqdim etdiyi reinteqrasiya şərtləri ilə tanış olsunlar.
Bu "Fərman" dərc edildikdən dərhal sonra qüvvəyə minir".

































