Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Bakı-Naxçıvan-Bakı üzrə sərnişin axınının artacağı gözlənilir, aviabiletləri öncədən almaq tövsiyə olundu

Baxış: 281


AZAL Bakıdan Naxçıvana və geriyə müntəzəm uçuşların sayını artıraraq gündə 10 reysə çatdırıb. Zərurət olduqda, aviaşirkət sərnişinlərin tələbatını ödəmək üçün əlavə reyslər açmağa hazırdır.

Bakı-Naxçıvan-Bakı üzrə sərnişin axınının artacağı gözlənilir, aviabiletləri öncədən almaq tövsiyə olundu 


Bakı-Naxçıvan-Bakı marşrutu üzrə aviadaşımalara tələbatın gözlənilən artımını nəzərə alaraq Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) bu şəhərlər arasında səyahət etməyi planlaşdıran bütün sərnişinlərə aviabiletləri öncədən əldə etməi tövsiyə edir.
Sahibkartv.az xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.
Qeyd edilib ki, aviadaşımaların pik dövrləri hər zaman sərnişin axınının və uçuşlara tələbatın artması ilə müşayiət olunur. Bununla əlaqədar olaraq, aviaşirkət sərnişinlərə ən yaxşı uçuş vaxtını təmin etmək və mümkün narahatlığın qarşısını almaq üçün biletləri əvvəlcədən almağı məsləhət görür.
Bildirilib ki, AZAL Bakıdan Naxçıvana və geriyə müntəzəm uçuşların sayını artıraraq gündə 10 reysə çatdırıb. Zərurət olduqda, aviaşirkət sərnişinlərin tələbatını ödəmək üçün əlavə reyslər açmağa hazırdır.
Aviabiletləri aviaşirkətin www.azal.az rəsmi saytından və ya AZAL-ın kassalarından əldə etmək mümkündür.
Aviaşirkət www.azal.az saytından aviabiletlərin əldə edilməsi haqqında ətraflı məlumatı özündə əks etdirən video-təlimat hazırlayıb. Video-təlimatla aşağıdakı linkdən tanış ola bilərsiniz: https://youtu.be/9PiPTkNkBSU.
Əlavə suallar yarandığı təqdirdə sərnişinlər [email protected] ünvanı və ya +994(55) 204 65 54 “WhatsApp” nömrəsi vasitəsilə çağrı mərkəzinə müraciət edə bilərlər.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.