Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Qarabağ və Şərqi Zəngəzurda 39 avtomobil tuneli inşa edilir - VİDEO

Baxış: 345


Qarabağ və Şərqi Zəngəzurda 39 avtomobil tuneli inşa edilir - VİDEO

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazisində icra olunan və işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrində ümumi uzunluğu 66 km-ə yaxın olan 39 avtomobil tunelinin inşası həyata keçirilir.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilir ki, Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda ümumi uzunluğu 12 690,6 metr olan 7 avtomobil tuneli, Xudafərin-Qubadlı-Laçın avtomobil yolunda ümumi uzunluğu 2 358 metr olan 7 avtomobil tuneli, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunda ümumi uzunluğu 12 032,79 metr olan 3 avtomobil tuneli, Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda ümumi uzunluğu 25 926,97 metr olan 5 avtomobil tuneli, Kəlbəcər-Laçın avtomobil yolunda ümumi uzunluğu 12 964,61 metr olan 17 avtomobil tuneli inşa edilir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.