Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

KOBİA Gəncədə sahibkarlarla görüş keçirib

Baxış: 334


KOBİA Gəncədə sahibkarlarla görüş keçirib
İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Gəncə İş Adamları İctimai Birliyinin təşkilatçılığı ilə Gəncə şəhərində sahibkarlarla görüş keçirilib.
Bu barədə “Sahibkartv.az”a KOBİA-dan məlumat verilib.
Bildirilib ki, tədbirdə Gəncədə sənaye, turizm və ticarət sahələrində fəaliyyət göstərən 40-a yaxın sahibkar, eləcə də Gəncə Şəhər İcra Hakimiyyətinin, İqtisadiyyat Nazirliyinin, Dövlət Turizm Agentliyinin, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələri iştirak ediblər.
Görüşdə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov sahibkarların çətinliklərini, biznesin inkişafı üçün ehtiyaclarını və təkliflərini dinləyib, sahibkarlığa göstərilən mövcud dəstək mexanizmləri, bu sahədəki yeniliklər, KOBİA tərəfindən təmin edilən dövlət dəstəyi və xidmətlər barədə məlumat verib. Sahibkarlar tərəfindən qaldırılan məsələlərin həlli və səsləndirilən təkliflərin icrası məqsədilə aidiyyəti qurumlarla birgə müvafiq tədbirlərin görüləcəyi bildirilib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.