Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Kredit tarixçəsi pis olanlar necə kredit götürə bilərlər?

Baxış: 161


Hər birimiz müxtəlif problemlərimizi, maddi sıxıntəlarımızı həll etmək üçün banklara müraciət edirik. Necə deyərlər, minnətsiz, söhbətsiz. Kredit götürərkən ən çox rast gəlinən problemlərdən biri isə korlanmış kredit tarixçəsidir. Vaxtında ödənilməyən borclar və gecikmələr vətəndaşların sonrakı kredit müraciətlərinə mənfi təsir göstərir.

Bəs bunu necə bərpa etmək olar? Mütəxəssislərin məlumatlarına görə, kredit tarixçəsi əvvəlki dövrlərdə korlansa belə, onun bərpası mümkündür. Bunun üçün əsas şərt vaxt və intizamdır.

Onun sözlərinə görə, ilk növbədə mövcud bütün borclar tam ödənilməlidir. Ardınca isə vətəndaş kiçik məbləğli kredit və ya kredit kartı götürərək ödənişləri vaxtında həyata keçirməklə müsbət tarixçə formalaşdıra bilər.

“Kredit bürosunda məlumatlar adətən 5 ilədək saxlanılır. Bu müddət ərzində əvvəlki “pis tarixçə” görünə bilər. Ancaq vətəndaş intizamlı ödəmələr aparsa, bankların etimadını bərpa etmək mümkündür.

Ekspertlərə görə, vətəndaşlar kiçik məbləğli kreditlər götürüb onları vaxtında qaytara bilsələr, bu, maliyyə intizamını nümayiş etdirir və kredit bürosunda müsbət iz qoyur. Əgər yüksək dəyərə malik girov təqdim olunursa məsələn, qızıl-zinət əşyaları, mənzil və ya avtomobil bankın riski minimuma enir. Bu halda kredit tarixçəsi əsas amil olmur.

Qeyd edək ki, bu mövzu ilə bağlı sahibkarları və cəmiyyəti maraqlandıran suallar əsasında rəsmi və mütəxəssislərin cavabları yayımlanacaq.

Nübar Lətifli

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.