Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Riskləri azaldan biznes sistemi

Baxış: 156




İlk dəfə iş qurarkən, bir restoran, bir marka yaratmaq istəyərkən ən məşhur marka adlarına nəzər salır,araşdırma edir, hətta həmin adlardan istifadə edirik. Bəs, həmin adın istifadəsi üçün şərtlər və ödəniş edilməli olduğunu bilirsiniz? Bəli, bəli. Məsələn, bir sahibkar Azərbaycanın ən dilbər guşələrindən olan Zaqatalada “MCDonald's” restoranı açmaq  istəyərsə, bunun üçün françayzinq alması mütləqdir. 

Françayzinq nədir? 

Bir kompaniya tərəfindən (françayzer) digər bir kompaniyaya (françayziyə) biznesin idarə edilməsi ilə bağlı patentləşdirilmiş ideyanın, biliklərin, brenddən istifadə hüququnun, biznesin idarə edilməsi metodikasının, marketinq və reklam strategiyasının, həmçinin lazımı xüsusi avadanlıqların verilməsidir. Sadə dillə desək, françayzinqlə yeni iş quran sahibkar sıfırdan ideya axtarmır, bazarda tanınmış və sınaqdan keçmiş biznes modelini satın alaraq həmin brendin şəbəkəsinə qoşulur. Françayzinq  sadəcə reklam və ya logo hüququnun verilməsi deyil. Burada həm də bir sıra biliklər, iş təcrübə, istehsal və xidmət metodları, idarəetmə sistemi, marketinq və reklam strategiyaları françayzinin istifadəsinə verilir.
Bu isə əlbəttə qarşılıqsız olmur. Françayzerə françayzinq müqaviləsinə əsasən 3 növ haqq ödənilir:
Əmtəə nişanından istifadəyə görə ödənilən “royaliy” adlanan haqq
Biznes sisteminin bir parçası olmaq üçün ödənilən haqq
Treyninq və konsultasiya xidmətlərinə görə ödənilən haqq

Françayzinqin növləri hansılardır?

Sistemin tətbiq olunduğu ölkəyə görə, françayzinq sistemi tətbiqetmə baxımından iki qrupa ayrılır:
1.Milli françayzinq – bir ölkədə françayzerin öz brendini, iş modelini və təcrübəsini bu ölkənin digər sahibkarlarına ötürməsidir. Azərbaycanda bəzi restoran və mağazalar şəbəkələri əsas nümunələrdəndir. Məsələn, “İrşad”, “Baku Electronics”, “Boranı” kimi markalar milli françayzinq nümunələri sayıla bilər.

2.Beynəlxalq françayzinq – bir ölkədə françayzerin brendini və iş modelini başqa ölkələrin sahibkarlarına satmasıdır. Burada françayzi xarici rezident olur və françayzerin beynəlxalq şəbəkəsinə qoşulur.
Məsələn, ABŞ-də yaradılan “McDonald's” brendinin Azərbaycanda və başqa ölkələrdə fəaliyyəti əsas nümunələrdəndir.

Bəs françayzinqin üstünlükləri nələrdir?

Françayzinq sahibkarlıq üçün bir sıra üstünlüklərə malikdir:
Risklərin azlığı – Sıfırdan qurulan biznes üçün françayzinq artıq özünü doğrultmuş model təqdim edir. Bu isə biznesmen üçün riski azaldır.
Tanınmış brend imici – Sahibkar bazara güclü adla daxil olur və onu tapmaq daha asanlaşır.
Bankdan rahat istifadə – Banklar beynəlxalq və ya böyük yerli brendlərlə işləyən sahibkarlara daha çox etimad göstərir.
Marketinq və təlim – Françayzer reklam, PR və işçi heyətinin öyrədilməsi sahəsində dəstək verir.

Hər iş kimi bunun da mənfi xüsusiyyətləri mütləq var. Beləki, üstünlüklərlə yanaşı, françayzinqin bəzi çətinlikləri də mövcuddur:
Yüksək ilkin ödəniş və davamlı royalti öhdəliyi.
Sahibkarın biznesdə tam sərbəst və öz qaydalarının olmaması.
Brendin nüfuzu zəiflədikdə bütün françayzilərə təsir etməsi. 

Françayzinq müasir biznes dünyasında sahibkarlar üçün riskləri azaldan və uğura aparan ən effektiv üsullardan biridir. Françayzinq həm sahibkara, həm də brend sahibinə fayda gətirdiyindən bu sistem dünyada getdikcə daha geniş yayılır və Azərbaycanda da inkişaf üçün perspektivli dizayn  hesab olunur.

Nübar Lətifli

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.