
Sahibkartv.az xəbər verir ki, ənənəvi heyvan mənşəli ət bazarında bitki əsaslı alternativlərə tələbat artır.
ABŞ, Çin və Avropa ölkələrində soya, noxud və göbələk əsaslı ət əvəzediciləri bazarda güclü mövqeyə sahib olmağa başlayıb. Xüsusilə "Beyond Meat" və "Impossible Foods" kimi şirkətlər, bitki əsaslı burgerlər, sosislər və döşətinə alternativ məhsullar təqdim edirlər. Yeni texnologiyalar sayəsində dad və tekstura ənənəvi ətə daha çox bənzəyir. Bununla yanaşı, laboratoriyada yetişdirilən süni ət də bazara çıxmağa başlayır. 2035-ci ilə qədər qlobal alternativ ət bazarının 290 milyard dolları aşacağı proqnozlaşdırılır.





































