Day, Month 00, Year
00: 00: 00 AM
Özbəkistan şirkəti Azərbaycanda yaradacağı müəssisələrin hesabına 648 milyon manat satış gəliri proqnozlaşdırır

 
Özbəkistanın “Tukımachı Sanoat Tekstıl” MMC Azərbaycanda yaradacağı 5 müəssisənin hesabına 10 il ərzində (2025-2034-cü illərdə) 648 milyon manat satış gəlirləri, 222 milyon manat isə vergiyəqədərki mənfəət əldə edəcəyini proqnozlaşdırır.

Bu barədə şirkətin təsisçilərindən Abduvoris Yuldaşov iyulun 12-də İmişlidə Özbəkistan şirkətləri ilə keçirilən görüşdə deyib.

O bildirib ki, investisiyanın geri qayıtması müddəti 5,5 ildir. İnvestisiyanın xalis mənfəət marjası 34 faizdir. Layihədə illik 1132 nəfərin işlə təmin edilməsi nəzərdə tutulur. Bu layihənin hesabına regionlarda məşğulluq təmin ediləcək, əlavə dəyər yükü olan iplik, toxuculuq, tikiş məhsulları ixrac olunacaq. Bu da öz növbəsində ölkədən valyuta çıxışının azalmasına səbəb olacaq.

Qeyd edək ki, İmişli rayonunda yerləşən aqroparkın 5826 hektarlıq təsərrüfat sahəsinin Özbəkistan şirkətinin uzunmüddətli istifadəsinə verilməsinə dair müqavilə imzalanıb. “TST Textile Group” MMC tərəfindən 5826 hektarlıq ərazidə pambıq sahəsi salınacaq, bu isə ölkəmizdə sözügedən sahənin inkişafında mühüm rol oynayacaq. İlkin mərhələdə pambıq sahəsinin yaradılmasına 28,7 milyon manat investisiya yatırılacaq. Bundan başqa, 2025-2029-cu illər ərzində şirkət tərəfindən pambıq emalı, iplik, toxuculuq və tikiş fabriklərinin, həmçinin pambıq yağı zavodunun qurulması nəzərdə tutulur.


Tarix: 12-07-2024, 19:00 Oxunub: 73


Bölməyə aid digər xəbərlər