Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Türkmənistanda Orta Dəhlizin imkanlarının genişləndirilməsi üzrə görülən işlər müzakirə edilib

Baxış: 235

Türkmənistanda işgüzar səfərdə olan “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov Aşqabad şəhərində Türkmənistan Dəmir Yolları Agentliyinin sədri Azat Atamuradov və Türkmənistan Dəniz Yolları Agentliyinin yüksək nümayəndə heyəti ilə görüşüb.

ADY-dən  görüşdə iki ölkə arasında dəmir yolu sahəsində əlaqələrin gücləndirilməsi, yük dövriyyəsinin, Orta Asiya-Avropa-Orta Asiya və Çin-Avropa-Çin istiqamətlərində multimodal yük daşımalarının həcminin artırılması, əməkdaşlıq üçün böyük potensialın olduğu və bu imkanların Avropa bazarında tanıdılmasının vacibliyi geniş müzakirə olunub.

Bundan başqa, ADY sədri səfər çərçivəsində “Türkmənneft”, “Türkmənqaz”, “Türkmənkimya” Dövlət konsernləri və Türkmənistan Dövlət Xammal və Məhsul Birjasının rəhbərləri ilə görüşlər keçirib, onlara Orta Dəhlizin imkanlarının genişləndirilməsi üzrə ADY tərəfindən görülən işlər barədə ətraflı məlumat verib.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.