Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Commerzbank-ın Rusiyadakı aktivləri Rusiya şirkətinə veriləcək

Baxış: 208

Rusiyada məhkəmə “Commerzbank”ın 94,9 milyon avro dəyərində aktivlərinin təzminat kimi “Qazprom”un törəmə şirkəti RusHimAlyansa verilməsinə qərar verib.
St. Sankt-Peterburq və Leninqrad vilayətinin Arbitraj Məhkəməsi RusHimAlyansın Commerzbank-a qarşı qaldırdığı iddiaya baxıb.

Məhkəmənin qərarına əsasən, “Commerzbank”ın 94,9 milyon avro dəyərində aktivləri kompensasiya kimi “RusHimAlyans”a veriləcək.

Sözügedən məhkəmə mayın 18-də Commerzbank-ın 93,7 milyon avro dəyərində aktivlərinə qarşı həbs qətimkan tədbiri seçmişdi.

Commerzbank Almaniyanın Linde şirkəti ilə birlikdə Rusiyada qurulacaq təbii qaz emalı obyektinin tikintisi ilə bağlı sanksiyalara görə ləğv edilən müqavilənin təminatçıları arasında olub.

Layihədə iştirak edən “RusHimAlyans” sanksiyaları əsas gətirərək öhdəliklərini yerinə yetirməyən bankı məhkəməyə verib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.