Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Normadan artıq yük götürən avtomobillər ödənişli yola buraxılmayacaq”

Baxış: 265


Normadan artıq yük götürən avtomobillər ödənişli yola buraxılmayacaq”

Yüklü halda çəkisi normadan artıq olan yük avtomobilləri ödənişli yola buraxılmayacaq.
Bunu açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli deyib.

Onun sözlərinə görə, bunun üçün yolun giriş-çıxışına xüsusi tərəzilər quraşdırılıb:
“Avtonəqliyyat vasitələrinin beynəlxalq tələblərə uyğun yükgötürmə normaları var. Həmin normalara görə avtomobilin hər bir oxuna düşən çəki müəyyən edilib. Ödənişli yolda avtonəqliyyat vasitəsi yolun ödəniş məntəqəsindən keçərkən orada quraşdırılan sensorlu xüsusi tərəzilər onun hər oxuna düşən yükü çəkəcək. Əgər avtomobil beynəlxalq tələblərdə nəzərdə tutulandan artıq yük götürərsə, sensorlar onu qeydə alır və avtomatik həmin nəqliyyat vasitəsi ödənişli yola buraxılmır”.
Qeyd edək ki, Bakı-Rusiya Federasiyası istiqamətində tikilən yolun ödənişli hissəsinin uzunluğu 129 km, hərəkət zolaqlarının sayı 4, yola giriş-çıxış məntəqələrinin sayı 6-dır. Hər məntəqədə 2 giriş və 2 çıxış xətti mövcuddur.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.