Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

“İnternational” BOKT-ın istiqrazlarına 13 investor sifarişlər təqdim edib - HƏRRACIN NƏTİCƏSİ

Baxış: 190


“İnternational” BOKT-ın istiqrazlarına 13 investor sifarişlər təqdim edib - HƏRRACIN NƏTİCƏSİ

18 oktyabr, 2023-cü il tarixində Bakı Fond Birjasında “İnternational” BOKT ASC-nin tədavül müddəti 18 ay, nominal dəyəri 100 manat olan AZ2007021028 dövlət qeydiyyat nömrəli, ümumi dəyəri 2 milyon manat olan, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.
Birja istinadən xəbər verir ki, hərrac zamanı 13 investor tərəfindən 13 sifariş təqdim edillib. 
Hərrac qiyməti 100 manat olan sifarişlərin nominal qiymətlə ümumi məbləği 2 milyon manat, istiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi də 2 milyon manat təşkil edib.
Yerləşdirmə üzrə anderrayter “Paşa Kapital İnvestisiya Şirkəti” QSC-dir.
İstiqrazın illik faiz dərəcəsi 13% , faiz ödəniş dövrü isə hər 90 gündən bir təşkil edir.
İstiqrazların ödəmə tarixi 18.04.2025-ci ildir.         
 




İnternational 

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.