Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycanda gələn ay 100-ə yaxın dövlət əmlakı hərraca çıxarılacaq

Baxış: 165


İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin gələn ay keçirəcəyi hərraclara 98 dövlət əmlakı çıxarılacaq.
Bu barədə "Sahibkartv.az"a qurumdan bildirilib.
Məlumata görə, noyabrın 7-də keçiriləcək hərracda investorlara 7 kiçik dövlət müəssisəsi və obyekti, 8 avtomobil, noyabrın 14-də keçiriləcək hərracda 16 nəqliyyat vasitəsi (istehsal tarixlərii 1984-2008-ci illər arasında dəyişir), noyabrın 17-də keçiriləcək hərracda "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin balansında olan 32 nəqliyyat vasitəsi, noyabrın 21-də keçiriləcək hərracda isə 35 nəqliyyat vasitəsi təklif olunacaq.
Nəqliyyat vasitələrinin start qiyməti 375 -16 200 manat arasında dəyişir.
Hərraca çıxarılan əmlakların tam siyahısı ilə https://clck.ru/33TqtH linki vasitəsilə tanış olmaq olar

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.