Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

İqtisadiyyat Nazirliyində dövlətə məxsus müəssisələrin özəlləşdirilməsi müzakirə edilib

Baxış: 179


İqtisadiyyat Nazirliyində dövlətə məxsus müəssisələrin özəlləşdirilməsi müzakirə edilib

İqtisadiyyat naziri Mikayıl Cabbarov İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) və Dünya Bankının ölkəmizdə səfərdə olan nümayəndələri ilə görüşüb. 
Sahibkartv.az xəbər verir ki. tərəflər İƏİT və Dünya Bankının “Azərbaycan İnvestisiya Holdinqi və onun portfelində olan dövlət müəssisələrində korporativ idarəetmənin təhlili” üzrə birgə layihəsi, dövlətə məxsus  müəssisələrin özəlləşdirilməsi və bu istiqamətdə görülən tədbirlər, korporativ idarəetmənin təkmilləşdirilməsi və bu xüsusda digər islahat prioritetləri  barədə fikir mübadiləsi aparıblar.

Eyni zamanda, görüşdə Azərbaycanda qeyri-neft sektorunun inkişafı, iqtisadi diversifikasiya, investisiyaların təşviqi və biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər və əldə olunan nəticələr barədə məlumat verilib. 

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.