Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycanda seysmoloji tədqiqatlarda süni intellektdən istifadə ediləcək

Baxış: 207
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Türkiyənin Daxili İşlər Nazirliyinin tabeliyindəki Təbii Fəlakətlər və Fövqəladə Halların İdarə Edilməsi İdarəsi (AFAD) ilə əməkdaşlığa başlayıb.
"Sahibkartv.az" xəbər verir ki, məqsəd seysmoloji tədqiqatlarda süni intellektdən istifadə edilməsidir.
AMEA-nın Rəyasət Heyəti aparatının Elektron akademiya şöbəsinin müdiri Fariz İmranov deyib ki, bu məsələ nəinki Azərbaycanda, bütün dünyada gündəmdədir.
Alim həmçinin dünyada yaranan yeni terminlərlə bağlı birgə layihələrin həyata keçirilməsinin vacib olduğunu deyib. O, humanitar və ictimai elmlər üzrə aparılan tədqiqatların dünyaya çıxarılması, istinad göstəricilərinin yaxşılaşdırılmasında mühüm rol oynayacaq “Ortaq türk indeksi”nin hazırlanması istiqamətində Türkiyənin artıq ilkin addımlar atdığını bildirib.
Bundan başqa, F.İmranov qeyd edib ki, hazırda AMEA-da “Vikipediya” qruplarının fəaliyyətinin canlandırılması, təlimlərin bərpası üçün zəruri tədbirlər icra olunur. O, həmçinin AMEA-da Azərbaycan dilinin saflığının qorunması, dilin imkanlarının elmi əsaslarla şərh edilməsi istiqamətində süni intellektdən istifadə etməklə tədqiqat işləri və layihələrin həyata keçirildiyini deyib, Azərbaycan dilinin müasir vəziyyətinə uyğun olaraq təxminən 100 milyon söz-formadan ibarət əsas korpusun yaradılmasına ehtiyac olduğunu bildirib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.