12 oktyabr 2023-cü il tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib.
Marja.az-ın Mərkəzi Bankın məlumatına istinadən məlumatına görə, hərracda tələb41 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilib.
Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.
Qeyd edək ki, 10 oktyabr 2023-cü il tarixində keçirilmiş valyuta hərracında tələb 47,4 milyon ABŞ dolları təşkil etmişdi.
2023-cü ilin əvvəlindən bu yana keçirilmiş 75 valyuta hərracında banklara cəmi 2 milyard 740,63 milyon dollar satılıb.
Valyuta hərracında yalnız banklar valyuta ala bilirlər.




































