Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Cabbarov büdcəyə vergi daxilolmaları barədə son rəqəmləri açıqladı

Baxış: 251



Cabbarov büdcəyə vergi daxilolmaları barədə son rəqəmləri açıqladı


2023-cü ilin yanvar-sentyabr aylarında Dövlət Vergi Xidməti xətti ilə dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 22,6% artaraq 12 milyard 810,7 milyon manat təşkil edib. 
Sahibkartv.az xəbər verir ki, bunu "X" sosial şəbəkəsindəki səifəsində İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
Bu müddətdə qeyri-neft-qaz sektorundan vergi daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 19,3% artaraq 7 milyard 425,8 milyon manat olub.
"Vergi daxilolmalarında müsbət dinamikanı saxlamaq üçün biznes mühitinin şəffaflaşması və vergi inzibatçılığının təkmilləşdirilməsi sahəsində fəaliyyətimiz davamlı olacaq",- nazir qeyd edib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.