Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

“Azərbaycan İnvestisiya Şirkəti”nin nizamnamə kapitalı 25 % azaldılıb

Baxış: 186


İqtisadiyyat Nazirliyinə məxsus “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin (AİŞ) nizamnamə kapitalı 66 197 800 manat və yaxud 24,8 % azaldılıb.
“Sahibkartv.az” xəbər verir ki, şirkətin kapitalı 267 000 000 manatdan 200 802 200 manata endirilib.
Xatırladaq ki, AİŞ ölkə Prezidentinin 30 mart 2006-cı il tarixli, "İnvestisiya Fəaliyyətinin Təşviqi üzrə Əlavə Tədbirlər haqqında" sərəncamı ilə yaradılıb. Şirkətin əsas məqsədi mövcud və yeni kommersiya müəssisələrinə yerli və xarici investorlar cəlb etməklə və öz vəsaiti hesabına müddətli investisiya qoyuluşları vasitəsilə Azərbaycan ərazisində iqtisadiyyatın qeyri-neft sektorunun inkişaf etdirilməsidir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.