Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

16 milyard manatdan çox dövriyyə üzə çıxıb

Baxış: 249


16 milyard manatdan çox dövriyyə üzə çıxıb 

Ölkə ərazisində 93 mindən çox yeni nəsil nəzarət-kassa aparatları (NKA) quraşdırılıb.
Sahibkartv.az Dövlət Vergi Xidmətinə istinadən məlumatına görə, indiyədək ölkə ərazisində 93 min 230 ədəd yeni nəsil NKA quraşdırılıb. 

Bu növ NKA-lardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb. Belə ki, 2023-cü ilin yanvar-sentyabr ayları ərzində yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 16 milyard manatdan çox olub ki, bu da ötən ilin müvafiq dövrü ilə  müqayisədə 15,6 faiz çoxdur.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.