Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

“AzerGold” şirkətinin daxili bazarda qızıl və gümüş satışı artıb

Baxış: 357


“AzerGold” şirkətinin daxili bazarda qızıl və gümüş satışı artıb

Qiymətli metalların hasilatı və satışı ilə məşğul olan “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin daxili bazarda qızıl və gümüş satışı artıb.
Sahibkartv.az-ın məlumatına görə, 2023-cü ilin 9 ayı ərzində “AzerGold” tərəfindən daxili bazarda 4 316 unsiya qızıl və 23 653 unsiya gümüş satılıb. Bu həcmlər ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 80% və 214% çoxdur. 2022-ci ilin 9 ayı ərzində “AzerGold” tərəfindən daxili bazarda 2 394 unsiya qızıl və 7526 gümüş satılmışdı.

Satış həminin artması gəlirlərin də artması ilə nəticələnib. Qızılın daxili bazar satışından gəlir 84% aratarq 14 milyon 836 min manat, gümüşün satışından gəlir isə 211% aratarq 989 min manat təşkil edib.
2023-cü ilin 9 ayı ərzində “AzerGold” tərəfindən xarici bazarda 122 milyon 255 min manatlıq qızıl və gümüş satılıb. Şirkətin ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 2% azalıb.
Həmçinin oxu
“AzerGold” şirkətinin daxili bazarda qızıl və gümüş satışı artıb“AzerGold” şirkətinin daxili bazarda qızıl və gümüş satışı artıb



Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.