Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Fələstin-İsrail müharibəsi fonunda neftin qiyməti 4% artıb

Baxış: 243


Fələstin-İsrail müharibəsi fonunda neftin qiyməti 4% artıb
Fələstin-İsrail münaqişəsinin kəskinləşməsi fonunda “Brent” və WTI markalı neftin qiymətləri 4% bahalaşıb.
“Sahibkartv.az” “Kommersant”a istinadən xəbər verir ki, bunu ticarət platformalarının məlumatları sübut edir.
Londonun ICE birjasında “Brent” markalı dekabr fyuçerslərinin qiyməti 88,99 dollar/barelə çatıb, lakin Bakı vaxtı ilə saat 6:39-da 87,98 dollar (+4,02%) olub. Nyu-Yorkun əmtəə birjasında WTI neftinin qiyməti 86,35 dollar (+4,3%) təşkil edir.
“ANZ Group”un ekspertləri deyirlər ki, bazarlar üçün əsas məsələ münaqişənin indiki ərazilərdə qalacağı və ya digər bölgələrə, xüsusən də Səudiyyə Ərəbistanına yayılacağıdır. ABŞ və İranın münaqişəyə girməsi ilə bağlı narahatlıqlar da artır.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.