Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Cabbarov Avropa bankının icraçı direktoru ilə atılacaq addımları müzakirə edib

Baxış: 236



Cabbarov Avropa bankının icraçı direktoru ilə atılacaq addımları müzakirə edib


Azərbaycan-AYİB əlaqələrinin inkişaf istiqamətləri, iqtisadiyyatın şaxələndirilməsi, dövlət-özəl tərəfdaşlığının təşviqi və Bankın dəstəyi ilə həyata keçirilən layihələr barədə fikir mübadiləsi aparılıb.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Şərqi Avropa və Qafqaz üzrə icraçı direktoru Matteo Patrone ilə görüşüb.

Görüşdə Azərbaycanın AYİB-lə müxtəlif istiqamətlər üzrə uğurlu əlaqələri vurğulanıb, ölkəmizin sosial-iqtisadi prioritetləri barədə məlumat verilib.
Qeyd olunub ki, qarşıya qoyulmuş inkişaf hədəflərinin reallaşdırılması istiqamətində əməkdaşlıq imkanları genişdir. Bu kontekstdə Bankla “yaşıl” iqtisadiyyat, enerji, xüsusilə bərpa olunan və alternativ enerji, özəl sektorun inkişafı, infrastruktur və digər istiqamətlər üzrə prioritet layihələrin icrası məqsədilə atılacaq addımlar müzakirə edilib.
Matteo Patrone Bankın ölkəmizlə səmərəli əməkdaşlığını qeyd edib, Azərbaycanın iqtisadi potensialının əlaqələrin genişlənməsinə əlverişli zəmin yaratdığını və qurumun Azərbaycan iqtisadiyyatının inkişafını dəstəkləməyə davam etmək niyyətini ifadə edib.
Tərəflər Azərbaycan-AYİB əlaqələrinin inkişaf istiqamətləri, iqtisadiyyatın şaxələndirilməsi, dövlət-özəl tərəfdaşlığının təşviqi və Bankın dəstəyi ilə həyata keçirilən layihələr barədə fikir mübadiləsi aparıblar.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.