Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycan bankı "yaşıl istiqraz" buraxır

Baxış: 322


Azərbaycan bankı "yaşıl istiqraz" buraxır

"Rabitəbank" ASC 10 milyon manatlıq "yaşıl istiqraz" buraxır. Hər birinin nominal dəyəri 100 manat olan istiqrazların sayı 100 min ədəddir. İstiqrazların növü faizli, adlı, sənədsiz və təmin edilməmişdir.
Sahibkartv.az xəbər verir ki, istiqraz buraxılışı yolu ilə cəlb ediləcək vəsait ətraf mühitin qorunması və "yaşıl iqtisadiyyat"ın dətəklənməsi üçün istifadə olunacaqdır.  
İstiqrazların tədavül müddəti 2 il, illik faiz dərəcəsi 9,5% təşkil edir. Faizlər investorlara hər 3 aydan bir ödəniləcəkdir.
Yerləşdirmənin anderrayteri "Capital Partners İnvestisiya Şirkəti" QSC-dir. İstiqrazların yerləşdirilməsi rəqabətli ərrac üsulu ilə keçiriləcək.
18 sentyabr 2023-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Rabitabank" ASC-nin ümumi dəyəri 10 milyon manat olan istiqrazları premium bazar seqmentində listinqə daxil edilib. Yerləşdirmənin başlanmasına ən azı 2 iş günü qalmış hərracın baş tutacağı tarix BFB-nin internet səhifəsində investorlara açıqlanacaqdır. 

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.