Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Aydın Kərimov: "Bir neçə ilə Şuşada küçə infrastrukturu tam hazır olacaq"

Baxış: 212


Növbəti bir neçə il ərzində Şuşa şəhərində bütün küçələrdə infrastruktur tam hazır olacaq.
"Sahibkartv.az" xəbər verir ki, bunu Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov “Şəhərsalma Həftəsi 2023” tədbirləri çərçivəsində Bakıda keçirilən “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumunda bildirib.
"Şuşada dayanıqlı enerji təchizatı, su təchizatı, istixanalarla təmin olunma yönündə işlər aparılıb. Bütün küçələrdə yeraltı suların çıxarılması, qaz kəmərlərinin çəkilməsi, yeraltı elektrik kabellərinin uzadılması işləri həyata keçirmişik", - deyə o qeyd edib.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.