Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının orqanik məhsullar markası yaradıla bilər.
Bunu “Sahibkartv.az"a açıqlamasında "Azərbaycan Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctimai Birliyinin sədri Emin Əliyev bildirib.
"Burada əsas məqsəd həmin ərazilərdə orqanik məhsulların istehsalıdır. Bununla bağlı təkliflərimizi Kənd Təsərrüfatı Nazirliyinə təqdim etmişik. Ölkəmizdə orqanik məhsul istehsalı üçün torpaq və su ehtiyatlarından səmərəli istifadəsi, zədələnmiş torpaq sahələrimizin yenidən bərpa edilməsi önəmlidir.
Ümumiyyətlə, ölkədə orqanik məhsul istehsalının genişləndirilməsi üçün böyük potensial var. Doğrudur, bu sahədə ciddi problemlər də mövcuddur. Amma əsas məqsəd ondan ibarətdir ki, biz ölkəmizin orqanik məhsul istehsalı potensialını xüsusilə qardaş türk dövlətlərinə təqdim edək və onların bu günə qədər əldə etdikləri təcrübədən yararlanaq”, - deyə o qeyd edib.
Qeyd edək ki, Azərbaycanda ekoloji təmiz kənd təsərrüfatının əsası keçən əsrin 90-cı illərinin sonlarında qoyulub. 2008-ci ilin iyununda “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” qanun qəbul olunmuş, normativ hüquqi və informasiya-məlumat bazası formalaşdırılıb. 2019-cu ildə isə “Orqanik məhsul istehsalı haqqında” qanun layihəsi hazırlanmışdır. “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə də ekoloji təmiz kənd təsərrüfatı məhsulları istehsalı qarşıya mühüm vəzifə kimi qoyulub. Yol xəritəsində qarşıya qoyulan vəzifələrin icrası vaxtında təmin olunarsa, ekoloji təmiz kənd təsərrüfatı məhsulları istehsal edən fermerlərin sayının 50 %, ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsal həcminin isə 200 % artacağı proqnozlaşdırılır.
Ölkədə orqanik yetişdirilən fındıq, qoz, fıstıq, quru meyvələrə dünya bazarında böyük tələbat var. Azərbaycanda istehsal olunan paxlalılar, tibbi aromatik bitkilər, pambıq və zeytun kimi məhsullar da orqanik istehsal məhsulları arasında yer alır. Bitki mənşəli istehsalla yanaşı, orqanik heyvan məhsulları istehsalına da son illər maraq artır. Ət, süd, pendir, qatıq, yumurta və bal orqanik bazarda artıq öz yerini alır. Böyürtkən, moruq, adaçayı, itburnu, kəklikotu kimi bitkilər də orqanik məhsul olaraq böyük potensiala malikdir, çünki Azərbaycanda meşə massivlərində yabanı şəkildə yetişən və tam orqanik məhsul sayılan bu cür meyvələrin sertifikatlaşdırılaraq dünya bazarlarına çıxarılması üçün problem yoxdur.
Evdən çıxmasanız, yaxşıdır! - Hava daha da pisləşəcək
13:48 / 21-02-2025
Azərbaycanda yeni qurum yaradıldı
13:43 / 21-02-2025
Bu gün avtobuslar saat 21:30-dək işləyəcək
13:09 / 21-02-2025
Lerikdə İrandan gətirilən 10 kq narkotik aşkarlandı
12:48 / 21-02-2025
AYNA: Avtobusların hərəkətində gecikmələr var
12:33 / 21-02-2025
Pezeşkiandan Trampa Azərbaycanca mesaj: “Tülkü kölgəsində yatma...”
12:21 / 21-02-2025
Yol polisi hava şəraiti ilə bağlı piyadalara müraciət edib
12:04 / 21-02-2025
Azərbaycan Prezidenti Hulusi Akarı qəbul edib
11:59 / 21-02-2025
Hazırda respublikanın avtomobil yollarında vəziyyət necədir?
10:42 / 21-02-2025
Qarlı hava şəraiti ilə bağlı məktəblərə və valideynlərə ÇAĞIRIŞ - Rəsmi
10:36 / 21-02-2025
Xəzər dənizində zəlzələ oldu
09:51 / 21-02-2025
Buza görə bağlanan yol açıldı
09:42 / 21-02-2025
20 ölkə Trampa qarşı çıxdı: Ukraynaya dəstək - Makron
09:33 / 21-02-2025
Ukraynaya silah satışını dayandırdılar
09:28 / 21-02-2025
Xamenei Qətər əmirini "iynələdi": Yerinizdə olsaydıq...
09:23 / 21-02-2025
Arif Babayev "Heydər Əliyevin 100 illiyi" yubiley medalı ilə təltif olunub
09:11 / 21-02-2025
Ukrayna ilə bağlı qadağa - bəyannamə hazırladılar
09:00 / 21-02-2025
Qlobal Ət Bazarında Bitki Əsaslı Alternativlər Artır
22:16 / 20-02-2025
Supermarketlərdə “Ağıllı Rəflər” Dönəmi Başlayır
21:47 / 20-02-2025
Sahibkarlıqda Robot Kuryerlər Yeni Dövr Açır
21:30 / 20-02-2025
Bostançılıqda Avtonom Robotlar İstifadə Edilir
21:22 / 20-02-2025
Çayçılıqda İqlim Dəyişikliyinə Qarşı Yeni Sortlar Yaradılır
20:49 / 20-02-2025
Dünyada Yeni Biosensorlar Xəstəliklərin Erkən Diaqnostikasını Asanlaşdırır
20:30 / 20-02-2025
Kənd Təsərrüfatında Torpaq Analizi üçün Dronlardan İstifadə Artır
20:19 / 20-02-2025
Fındıq Bağlarında Aqrobotlardan İstifadə Artır
20:00 / 20-02-2025
Dünyada İlk Şəhər Tipli Dəniz Fermerliyi Layihəsi Başladı
19:41 / 20-02-2025
Yerli Sahibkarlar Üçün Ağıllı Kənd Layihələri Başlayır
19:30 / 20-02-2025
Kənd Təsərrüfatında Mikrobiom Texnologiyası İnqilab Yaradır
19:23 / 20-02-2025
Market Şəbəkələrində “İsrafı Azaldan” Yeni Konsepsiyalar Yaradılır
18:51 / 20-02-2025
Fındıq Yağı və Fındıq Südü Yeni Trendlərdən Birinə Çevrilir
18:30 / 20-02-2025
Kənd Təsərrüfatında Nanotexnologiya Yeni Dövrə Başlayır
18:22 / 20-02-2025
Qlobal Bal İstehsalı Rəqəmsallaşır
17:45 / 20-02-2025
Qarabağ və Şərqi Zəngəzurun orqanik məhsullar markası yaradıla bilər
Bölməyə aid digər xəbərlər
Tarix: 27-09-2023, 15:03 Oxunub: 131
Bölməyə aid digər xəbərlər
31-05-2023, 17:07
"Gələn ilin sonuna qədər biz böyük dərinlikdən ilk qaz alacağıq" - PREZİDENTİN ÇIXIŞI
31-05-2023, 16:35
Prezident İlham Əliyev 28-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimində çıxış edib - YENİLƏNİB-3
10-05-2023, 09:49
Ümummilli Lider Heydər Əliyev - dövlətə və xalqa xidmətin ali meyarını yaratmış tarixi şəxsiyyət
5-03-2023, 08:00
"Bu yaxınlarda Azərbaycan-Özbəkistan İnvestisiya Fondu və Azərbaycan-Qırğız İnkişaf Fondu yaradılmışdır"
3-02-2023, 17:16
Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu, Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarının açılışı olub
4-10-2022, 10:15
Emin Əliyev: “Azərbaycanda “təbii” adı ilə satılan məhsulların heç biri orqanik deyil”
25-09-2022, 14:13
Ceyhun Bayramov BMT Baş Assambleyasının 77-ci sessiyasında çıxış edib
21-09-2022, 21:40
Prezident İlham Əliyev Laçın şəhərində Azərbaycan Bayrağını ucaldıb
16-06-2022, 18:35
Prezident İlham Əliyev IX Qlobal Bakı Forumunda çıxış edib - YENİLƏNİB-3
4-05-2022, 15:29
İlham Əliyev Vahid Hacıyevi qəbul edib - ÇIXIŞLAR
5-02-2022, 12:11
"Yeni bazarlarda Azərbaycan qazına ehtiyac var. Biz hazırıq"
29-01-2022, 19:40
Azərbaycanda gələn ilin dövlət büdcəsinin hazırlanmasına başlanılır
29-01-2022, 16:52
Baş Nazir SƏRƏNCAM İMZALADI - SON DƏQİQƏ
18-01-2022, 13:58
İlham Əliyev Hacı Zeynalabdin Tağıyevin abidəsinin açılışında iştirak edib - YENİLƏNİB + FOTO
10-10-2021, 13:01
İlham Əliyev Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə birlikdə Tuğ kəndində olub - FOTO
27-04-2021, 14:25
“Ağıllı kənd”in təməli qoyuldu, 200 fərdi ev tikiləcək
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO