Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycanın bank sektorunun xalis mənfəəti 23 % artıb

Baxış: 166


Azərbaycanın bank sektoru bu ilin yanvar-avqust aylarında 724,2 milyon manat xalis mənfəət əldə edib.
“Sahibkartv.az” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 22,9 % çoxdur.
8 ay ərzində bankların əməliyyat gəlirləri 3 milyard 140,4 milyon manat (1 il əvvələ nisbətən 26,7 % çox), əməliyyat xərcləri 2 milyard 038,2 milyon manat (27,9 % çox), xüsusi ehtiyatlara ayırmaları 191,3 milyon manat (19,9 % çox), gözlənilməz gəlirləri 0,6 milyon manat (1 il bundan əvvəl xərc olub), mənfəət vergisi ödəmələri isə 187,4 milyon manat (38 % çox) təşkil edib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.