Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

“2024-cü ildə də Rusiyada inflyasiya yüksək səviyyədə qalacaq”

Baxış: 198

Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikov Rusiyada inflyasiyanın 2024-cü ildə yüksək səviyyədə qalacağını bildirib.

“2024-cü ildə də Rusiyada inflyasiya yüksək səviyyədə qalacaq”


Rusiyanın İqtisadi İnkişaf naziri Maksim Reşetnikov Rusiya Federasiya Şurasındakı çıxışında ölkəsindəki inflyasiya tendensiyası ilə bağlı qiymətləndirmələr edib.
Sahibkartv.az xəbər verir ki Rusiyada illik inflyasiyanın 7,5% olduğunu qeyd edən Reşetnikov, “Gələn il orta illik inflyasiya 7,2 faiz olacaq. Biz 2024-cü ilin dekabrında inflyasiyanın illik 4,5 faizə düşəcəyini gözləyirik. Kakin gələn il ərzində inflyasiya yüksək səviyyədə qalacaq”, - bildirib.

Rusiya Mərkəzi Bankı rublun ucuzlaşması ilə artan yüksək inflyasiya təhlükəsi ilə əlaqədar avqustun 15-də uçot dərəcəsini 8,5 faizdən 12 faizə, sentyabrın 15-də isə 13 faizə qaldırıb.
Rusiya Mərkəzi Bankının sədri Elvira Nabiullina inflyasiyanın yavaşlamasının davamlı olduğuna əmin olana qədər faiz dərəcələrini uzun müddət yüksək səviyyədə saxlayacaqlarını bildirib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.