Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Dövlət və bələdiyyə əmlakı özgəninkiləşdirildikdə məcburi qiymətləndiriləcək

Baxış: 182



Dövlət və bələdiyyə əmlakı özgəninkiləşdirildikdə məcburi qiymətləndiriləcək


Dövlət və bələdiyyə əmlakı özgəninkiləşdirildikdə əmlakın məcburi qiymətləndirilməsi həyata keçiriləcək.
Bu, parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Qiymətləndirmə fəaliyyəti haqqında” qanun layihəsində (birinci oxunuş) əksini tapıb.
Layihəyə əsasən, məcburi qiymətləndirmə halları müəyyənləşir.
Belə ki, dövlət və bələdiyyə əmlakı özgəninkiləşdirildikdə, icbari sığorta növləri üzrə sığorta hadisəsinin baş verməsi nəticəsində sığortalanmış dövlət və bələdiyyə əmlakına dəyən zərər müəyyən edildikdə, dövlət mülkiyyətində olan əsas fondlar yenidən qiymətləndirildikdə, habelə qanunda və ya məhkəmə qərarı ilə nəzərdə tutulmuş digər hallarda əmlakın məcburi qiymətləndirilməsi həyata keçiriləcək.
Məcburi qiymətləndirmə 2027-ci il iyulun 1-dən 3 (üç) ildən az olmayan müddətdə Qiymətləndiricilər Palatasının üzvü olan və ya Qiymətləndiricilər Palatasında akkreditasiyadan keçən qiymətləndirici tərəfindən aparıla biləcək.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.