Day, Month 00, Year
00: 00: 00 AM
“AzerGold” hasilat və ixrac əməliyyatlarını uğurla davam etdirir

Ölkəmizin əsas ixracatçı dövlət şirkətlərindən biri olan “AzerGold” QSC qiymətli metalların hasilatı və ixracatı istiqamətində fəaliyyətini uğurla davam etdirir.
2023-cü ilin yanvar-avqust aylarında şirkət 28,1 min unsiya qızıl hasil edib, 23,1 min unsiya qızıl ixrac edib.
Bununla cari ilin ilk 8 ayı üçün müəyyənləşdirilmiş qızıl hasilatı planı 0,5 %, qızıl ixracı planı isə 3 % artıq icra edilib. Ümumilikdə, cari il üzrə 62,5 min unsiya qızıl hasilatı və ixracı planlaşdırılıb ki, bu da ötən ilin göstəriciləri ilə müqayisədə hasilatda 1 %, ixracda isə 4,4% daha artıq hədəfdir.
Cari ilin ilk 8 ayı ərzində icra olunan hasilat və ixrac əməliyyatları ötən ilin eyni dövrü ilə müqayisədə az olsa da, plan üzrə davam etdirilən uğurlu fəaliyyət nəticəsində ilin sonunadək müəyyənləşdirilmiş illik hasilat və ixrac hədəflərinin üstələnməsi nəzərdə tutulub.
2022 və 2023-cü illərin yanvar-avqust ayları üzrə hasilat və ixrac göstəriciləri

2022-ci il2023-cü ilÖtən ilin ilk 8 ayı ilə müqayisəCari ilin ilk 8 aylıq planı ilə müqayisə
Qızıl hasilatı36,864 Oz28,132 Oz24%↓0.5%↑
Gümüş hasilatı127,829 Oz79,934 Oz37%↓49.6%↑
Qızıl ixracı33,160 Oz23,122 Oz30%↓3%↑
Gümüş ixracı110,885 Oz61,541 Oz45%↓39%↑
Qızılın ixrac dəyəri103,969,527 AZN76,538,340 AZN26%↓25%↑
Gümüşün ixrac dəyəri4,108,106 AZN2,504,725 AZN39%↓85%↑
Cəmi ixrac gəliri108,077,634 AZN79,043,065 AZN27%↓26%↑
2022 və 2023-cü illərin yanvar-avqust ayları üzrə daxili bazar satışları

2022-ci il2023-cü ilÖtən ilin ilk 8 ayı ilə müqayisə
Qızılın daxili satışı1,929 Oz3,938 Oz104%↑
Gümüşün daxili satışı7,141 Oz23,518 Oz229%↑
Qızılın daxili satış dəyəri6,662,791 AZN13,461,556 AZN102%↑
Gümüşün daxili satış dəyəri303,934 AZN981,732 AZN223%↑
Daxili satış üzrə cəmi gəlir6,966,725 AZN14,443,288 AZN107%↑
2022 və 2023-cü illərin yanvar-avqust ayları üzrə cəmi satış gəlirləri

2022-ci il 2023-cü ilÖtən ilin ilk 8 ayı ilə müqayisə
Qızılın cəmi satış gəliri110,632,318 AZN89,999,896 AZN19%↓
Gümüşün cəmi satış gəliri4,412,041 AZN3,486,456 AZN21%↓
Cəmi gəlir115,044,359 AZN93,486,352 AZN19%↓
Bu il sentyabrın 1-nə QSC-nin qiymətli metalların yerli və xarici bazarlarda satışı nəticəsində əldə etdiyi ümumi gəlir 1 milyard 49 milyon 202 min manata çatıb. Əldə edilən vəsaitin 1 milyard 6 milyon 40 min manatını ixrac gəlirləri, 43 milyon 162 min manatını isə daxili bazar satışlarından əldə edilən gəlir formalaşdırır.
Xatırladaq ki, 2017-ci ildə Daşkəsən rayonunda yerləşən yalnız 1 mədənin – “Çovdar” qızıl yatağının istismarı ilə yola çıxan “AzerGold” QSC ötən 7 il ərzində “Çovdar” yatağının cinahlarında, Daşkəsən və Göygöl rayonlarında yerləşən daha 3 qızıl mədənini istismara verməyə nail olub. 2021-ci ildə “Ağyoxuş-1” qızıl mədənində istismar işləri tamamlanıb, “Çovdar”, “Mərəh” və “Tülallar” mədənlərində isə hasilat prosesi davam etdirilir. Paralel olaraq “AzerGold” QSC tərəfindən Naxçıvan Muxtar Respublikası, Balakən və Kəlbəcər rayonlarında mövcud qızıl, mis və digər əlvan metal sahələrində müxtəlif mərhələlərdə olan kəşfiyyat və tədqiqat işləri davam etdirilir.


Tarix: 22-09-2023, 11:46 Oxunub: 120


Bölməyə aid digər xəbərlər