22:14 / 22-11-2024
21:43 / 22-11-2024
21:18 / 22-11-2024
20:46 / 22-11-2024
20:22 / 22-11-2024
19:52 / 22-11-2024
19:34 / 22-11-2024
19:17 / 22-11-2024
18:41 / 22-11-2024
18:23 / 22-11-2024
17:45 / 22-11-2024
17:13 / 22-11-2024
16:38 / 22-11-2024
16:04 / 22-11-2024
16:00 / 22-11-2024
15:30 / 22-11-2024
14:22 / 22-11-2024
14:00 / 22-11-2024
13:30 / 22-11-2024
13:00 / 22-11-2024
12:28 / 22-11-2024
12:24 / 22-11-2024
12:10 / 22-11-2024
12:04 / 22-11-2024
11:58 / 22-11-2024
11:54 / 22-11-2024
11:14 / 22-11-2024
11:07 / 22-11-2024
10:05 / 22-11-2024
"Müxtəlif meyvə bağlarında 1000 manatıq məhsulu qorumaq üçün cəmi 20-30 manat sığorta haqqı ödəmək kifayətdir"
Qazax rayonunda “Dayanıqlı fermer fəaliyyəti üçün aqrar sığorta” mövzusunda regional tədbir keçirilib.
Sahibkartv.az xəbər verir ki, Aqrar Sığorta Fondu və Qazax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə aqrar sığorta vasitəsilə əkin sahələri və heyvanların sığortalanması, hadisə baş verərkən ödəniş prosesinin detalları ilə bağlı geniş məlumat verilib. Bildirilib ki, iribuynuzlu və xırdabüynuzla heyvanları cüzi məbləğ ödəməklə sığotalamaq olar. Xüsusilə son aylar baş verən sel və daşqın hadisələri zamanı heyvanları sel apardığı xatırlanıb və bildirilib ki, qiyməti 300 manat olan qoyun və keçiləri cəmi 9-10 manata, qiyməti 2000 manat olan inəkləri isə 61-95 manata sığorta etmək mümkündür. Qeyd edilib ki, bir neçə ay əvvəl rayondakı təsərrüfatlardan birində 80 baş xırda buynuzlu heyvanı sel aparıb və təsərrüfata 25 min manat zərər dəyib, halbuki qat-qat kiçik məbləğ ödəməklə onları sığorta etmək olardı.
Tədbirdə iştirak edən fermer və təsərrüfat sahibləri sel-subasma və 3-cü şəxslərin hərəkəti nəticəsində dəyən zərərlərə görə ödənişlərin verilməsi, dəyən zərərin hesablanması ilə bağlı sual və təkliflərini səsləndiriblər.
Qazax-Tovuz regionunda meyvə bağlarının sahəsinin sürətli artması qeyd edilib və bildirilib ki, müxtəlif meyvə bağlarında 1000 manatıq məhsulu qorumaq üçün cəmi 20-30 manat sığorta haqqı ödəmək kifayətdir.
Tədbirdə fermerlərin tez-tez rastlaşdığı suvarma və quraqlıq probleminə də toxunulub. Aqrar Sığorta Fondunun sədri Fuad Sadıqov bildirib ki, qarşıdakı illərdə Azərbaycanda dəmyə ərazilərində taxıl əkinlərinin quraqlıqdan sığortalanması ilə bağlı işlər aparılır.
Fond rəhbəri fermerləri aqrar sığortadan faydalanmaq üçün əkin sahələrini sığortalamağa, eləcə də əldə edəcəkləri məhsulun həcmini düzgün bəyan etməyə çağırıb.
Qazax rayon İcra hakimiyyəti, Aqrar Sığorta Fondu və fermerlər arasında fikir mübadiləsi formasında keçirilən görüşdə Aqrar Sığorta Fondunun elektron yenilikləri – «Aqrar Sığorta Kalkulyatoru» və «Sığorta şəhadətnaməsini yoxla» xidmətləri barədə məlumat verilib.
Bölməyə aid digər xəbərlər