Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

2024-cü ilin dövlət büdcəsində neftin qiymətinin neçə dollar götürüldüyü məlum oldu

Baxış: 228



2024-cü ilin dövlət büdcəsində neftin qiymətinin neçə dollar götürüldüyü məlum oldu


2024-cü ildə xam neftin bir barrelinin orta illik ixrac qiyməti 60 ABŞ dolları səviyyəsində götürülür.
Sahibkartv.az xəbər verir ki, bu, Maliyyə Nazirliyinin açıqladığı "2024-cü ilin dövlət və icmal büdcələrinin ilkin göstəriciləri"ndə bildirilir. 
2024-cü ilin dövlət büdcəsinin gəlirləri 33 milyard 765 milyon manat, xərcləri 36 milyard 355 milyon manat nəzərdə tutulur. 2024-cü ildə xam neftin bir barrelinin orta illik ixrac qiyməti 60 ABŞ dolları səviyyəsində götürülür.
Qeyd edək ki, yenidən baxılmış 2023-cü il dövlət büdcəsinin gəlirlərinin hesablanması zamanı “Azəri Light” markalı xam neftin bir barrelinin orta ixrac qiymətinin 10 ABŞ dolları artırılaraq 60 ABŞ dolları müəyyən edilmişdir.
2024-cü ildə dövlət büdcəsinin kəsiri 2023-cü ilin dürüstləşdirilmiş proqnozu ilə müqayisədə 144,3 milyon manat və ya 5,3 faiz az olmaqla 2 milyard 590 milyon manat (ÜDM-də xüsusi çəkisi 2023-cü illə müqayisədə 0,1 faiz-bənd az olmaqla 2,2 faiz) proqnozlaşdırılır.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.