Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Naxçıvanda tramvay nəqliyyatı təşkil ediləcək

Baxış: 212


Gələn il Naxçıvan şəhərində tramvay xəttinin layihələndirilməsi nəzərdə tutulur.
"Sahibkartv.az" xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın 2023–2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planı”nda öz əksini tapıb.
Sənədə əsasən, bu məsələ ilə bağlı icraçı qurum Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyidir.
Bundan başqa, muxtar respublikada elektrik mühərrikli və hibrid nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması məqsədilə vergi-gömrük güzəştlərinin tətbiqi, ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrindən (minik avtomobilləri, avtobuslar və s.) istifadənin artırılması, elektriklə işləyən nəqliyyat vasitələri üçün doldurma məntəqələrinin qurulması planlaşdırılır.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.