Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Mərkəzi Bankdan valyuta bazarına alışyönlü 122 milyon dollarlıq müdaxilə

Baxış: 306
Mərkəzi Bankdan valyuta bazarına alışyönlü 122 milyon dollarlıq müdaxilə

"Profisitli tədiyə balansı və de-dollarlaşma proseslərinin davam etməsi şəraitində valyuta bazarında təklif tələbi kəskin üstələyir.
Sahibkartv.az xəbər verir ki, bu, Mərkəzi Bankın faiz dəhlizinin parametrləri haqqında press-relizində bildirilir.
Qeyd edilib ki, cari ilin 8 ayında Mərkəzi Bankda keçirilən valyuta hərraclarının 99%-də təklif tələbi üstələmişdir. Bu dövrdə Mərkəzi Bankın valyuta bazarına müdaxiləsi 122 milyon ABŞ dolları olmaqla alışyönlü olmuşdur.
2023-cü ilin yanvar-iyun ayları ərzində tədiyə balansının cari əməliyyatlar hesabının profisiti 5.2 milyard ABŞ dolları və ya ÜDM-in 14.5% səviyyəsində olmuşdur. 2023-cü ilin sonuna baza ssenari üzrə cari əməliyyatlar hesabında ÜDM-in təxminən 15%-i həcmində profisit proqnozlaşdırılır. 

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.