Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Qlobal bank Brent neftin qiymətilə bağlı proqnozunu 100 dollara yüksəltdi

Baxış: 205


Qlobal bank Brent neftin qiymətilə bağlı proqnozunu 100 dollara yüksəltdi

Qlobal bank və maliyyə xidmətləri şirkəti "Goldman Sachs Group Inc." tələbin artıması və OPEC+ın hasilat məhdudiyyətləri ilə əlaqədar olaraq Brent neftinin qiyməti üzrə proqnozunu yüksəldib.
Sahibkartv.az xəbər verir ki, Bank Brent üçün 12 aylıq proqnozunu 93 dollardan 100 dollara yüksəldib.
Goldman Sachs neft ilə bağlı təhlilində bildirib ki, son "rallinin" əhəmiyyətli bir hissəsi geridə qalıb.
OPEC+ qrupunun əsas üzvləri Səudiyyə Ərəbistanı və Rusiyanın asilatlarını əhəmiyyətli dərəcədə azaltmaları sayəsində neft son aylarda güclü şəkildə bahalaşaraq 10 ayın ən yüksək səviyyəsinə çatıb.
İki ən böyük iqtisadiyyatda, ABŞ və Çində tələbin artması qiymətləri dəstəkləyir və ehtiyatlar sürətlə azalır. 
Bankın analitikləri 20 sentyabr tarixli hesabatda yazıblar: "Biz inanırıq ki, OPEC güclü qlobal tələb artımından istifadə edərək 2024-cü ildə Brent neftini 80-105 dollar arasında saxlaya biləcək”.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.